“Əfqanın taleyi Gürcüstanda həll olunur”

“Gürcüstan ictimaiyyəti Əfqan Muxtarlının işini ört-basdır etməyə imkan verməyəcək” – debat iştirakçıları

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Cəmiyyəti çərşənbə günü jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı ictimai dinləmələr keçirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı işçi qrup və ya Əfqan Muxtarlının hüquqlarını müdafiə qrupu yaratmağı və bütün maraqlı tərəfləri və qüvvələri bu qurumda birləşdirməyi təklif edib. O, bu məqsədlə Müsavat Partiyasının ofisində yer ayırmağa hazır olduğunu bildirib.

31.05.2017.Общественные слушания

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, Əfqanın taleyi Bakıda deyil, Gürcüstanda həll olunur. Orada baş verənlər ciddi qalmaqala səbəb olub və rəsmi Tbilisinin məsuliyyəti məsələsi qaldırılmalıdır. Gürcüstan ictimaiyyəti baş verənlərə fəal şəkildə etiraz edir və Muxtarlının işini ölkə suverenliyinin pozulması hesab edir.

Əfqana qarşı yeni ittiham onun bədənindəki zədə izlərinə bəraət qazandırmaq üçündür, deyə vəkil Fuad Ağayev bildirib.

“Muxtarlının işi Savçenkonun Rusiya separatçıları tərəfindən oğurlanmasına bənzəyir.

Bu halda buna görə məsuliyyəti Gürcüstan xüsusi xidmətləri daşıyır. İnanıram ki, Gürcüstanda araşdırma aparılacaq və oğurlanmanın iştirakçıları və bunda əli olanlar tapılacaq”, deyə o bildirib.

Ağayev qeyd edib ki, Muxtarlının işində ciddi pozuntular var, belə ki, sərhəddən keçənlərin üzərindəki valyutanın yoxlanılması Sərhəd Xidmətinin səlahiyyətlərinə aid deyil, bu, gömrüyün müstəsna hüququdur. Buna görə Azərbaycan hakimiyyəti qanunvericiliyi hər yolla pozub və jurnalistin həbsi tamamilə qanunsuzdur.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Gürcüstan prezidentinin bəyanatının bu vəziyyəti araşdırmaq və təqsirkarları üzə çıxarmaq üçün səmimi istəyin ifadəsi olduğuna ümid etdiyini deyib.

Keçmiş siyasi məhbus Əvəz Zeynallı Gürcüstan hakimiyyətinin iştirakı və razılığı olmadan Tbilisinin mərkəzində fəalın oğurlanmasını və sərhəddən keçirilməsini qeyri-mümkün hesab edir. “Buna görə mən Marqvelaşvilinin səmimiyyətinə inanmıram”, deyə o bildirib.

Debatın digər iştirakçıları Azərbaycan hakimiyyətinin sınanmış siyasətindən – həm öz vətəndaşları, həm də Qərb nümayəndələri olan əleyhdarlarını öz tərəfinə çəkmək və qorxutmaq siyasətindən əl çəkmədiyi barədə ortaq fikir səsləndiriblər. AŞPA üzvlərinin hakimiyyətin tərəfinə çəkilməsi bunun parlaq nümunəsidir.

Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva skype vasitəsilə iştirakçılarla əlaqə saxlayıb, bildirib ki, Gürcüstan polisi Əfqanın oğurlanması faktını araşdırmır, özünü elə göstərir ki, guya istintaq aparılır.

Hakimiyyət yalnız yerli mətbuat və hüquq müdafiəçiləri baş verənləri kəskin şəkildə pislədikdən sonra reaksiya verib. “Gürcüstan hakimiyyətinin razılığı olmadan bir insanın oğurlanıb pasportsuz sərhəddən keçirilməsi mümkün deyil. Buna görə Əfqanın oğurluğunu araşdırmağa hazır olduqları haqqında bəyanat uydurmadır”, deyən Mustafayeva Əfqanın Azərbaycanın Gürcüstandakı səfirliyinin avtomobili ilə aparıla biləcəyini istisna etməyib.

AXCP sədri Əli Kərimli hesab edir ki, hakimiyyət müxalifət və hökumət tənqidçilərinə qarşı növbəti təqib dalğasına başlayıb. Bunun başlanğıcı Mehriban Əliyevanın ölkənin vitse-prezidenti təyin edilməsindən sonra qoyulub. Bu müddət ərzində 19 fəal və hakimiyyət əleyhdarı həbs edilib. Bundan başqa, satqın KİV-lər Gürcüstanda Azərbaycan müxalifətinin fəallığı haqqında məlumat dərc edir və bu şəxslərin nümayişkaranə və açıq-aşkar təqibi başlayır.

“İndi Gürcüstan cəmiyyəti onun suverenliyinin və demokratik ölkənin imicinin pozulduğunu etiraf etməli və ya Bakının əməllərinə müvafiq qiymət verməlidir”, deyə o bildirib. “Turan”

 

%d bloqqer bunu bəyənir: