Gürcüstan müxalifəti Əfqan Muxtarlıya görə güc nazirlərinin istefasını tələb edir

Gürcüstanın müxalif “Milli hərəkat” partiyası azərbaycanlı jurnalist Əfqan Muxtarlının ölkədən yoxa çıxmasına görə Daxili işlər naziri və Dövlət təhlükəsizlik xidməti rəisinin istefasını tələb edir.

Bu barədə iyunun 1-də Azad Avropa və Azadlıq Radiosu korparasiyasının ekhokavkaza.com saytı məlumat yayıb.

Partiyanın nümayəndəsi Salome Samadashvili parlamentdə keçirdiyi brifinqdə deyib ki, belə bir xüsusi əməliyyat Gürcüstan rəhbərliyinin qərarı olmadan keçirilə bilməz, çünki bu cür tədbir yüksək siyasi səviyyədə razılaşdırılır.

“Azərbaycanlı jurnalistin Gürcüstan ərazisində yoxa çıxması və sonda Azərbaycan hüquq mühavizə orqanlarının əlində olmasından 24 saat keçib. Gürcüstan hakimiyyət nümayəndələrinin bununla bağlı cəfəng bəyanatlar verdiyini görürük. Parlamentdəki çoxluğun həqiqətin açılmasında maraqlı olmadığını görürük. Biz baş verənləri Gürcüstan təhlükəsizlik sisteminin dağılmasına bir nümunə hesab edirirk”, “Qruzia online” portalı deputata istinadla xəbər verir.

Samadashvilinin sözlərinə görə, əgər Gürcüstan hüquq-mühavizə orqanlarının əməkdaşları jurnalistin oğurlanmasında iştirak edibsə, onda biz “ cinayətlə” üzləşmişik. Əgər iştirak etməyiblərsə, onda bu bizim ölkəmizdə təhlükəsizlik sisteminin tamamilə dağılmasından xəbər verir.

Qeyd edək ki, “Milli hərəkat” keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin partiyasıdır.

Bu arada – iyunun 1-də Tbilisidə Gürcüstan Təhlükəsizlik Nazirliyinin önündə ölkənin hüquq müdafiəçiləri və azərbaycanlı mühacirlər jurnalist Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçiriblər.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: