Müsavat başqanı Gürcüstan prezidentinə müraciət etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Gürcüstan prezident Georgi Marqvelaşviliyə məktub göndərib. Müsavatın mətbuat departamentindən “Basta”ya verilən məlumata görə, məktubda araşdırmaçı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi məsələsi ilə bağlı Gürcüstan prezidentinə müraciət öz əksini tapıb.

Məktubda deyilir:

“Cənab prezident,

Gürcüstana sığınan azərbaycnlı jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ölkəmizin demokratik ictimaiyyətini, o cümlədən rəhbərlik etdiyim Müsavat Partiyasını ciddi narahat etdi.

Cənab prezident, baş verən hadisə bizi nə qədər məyus etdisə, sizin şəxsən məsələyə münasibət bildirməyiniz bizdə bu işin insan haqlarına, mətbuat azadlığına, beynəlxalq hüquq normalarına uyğun həll oluncağına ümid yaratdı.

Ümid edirik ki, bu hadisəni xüsusi diqqət mərkəzində saxlayacaq, Gürcüstanın da bölüşdüyü Avropa dəyərlərinə uyğun həll olunması üçün əlinizdən gələni edəcəksiz.

Cənab prezident, məsələyə ilkin reaksiyanıza görə Azərbaycan demokratik qüvvələri adından, xüsusi ilə rəhbərlik etdiyim Müsavat Partiyası adından sizə dərin təşəkkürümü bildirir, bu hadisənin ciddi araşdırılacağına, pozitiv həlli üçün əlinizdən gələni edəcəyinizə inandiğimi bildirirəm.

Hörmətlə,

Müsavat Partiyasının başqanı Arif Hacılı”

Gurcustan prezidentine

Bastainfo.com

%d bloqqer bunu bəyənir: