ABŞ Rusiyaya yeni sanksiyalar elan etdi

Birləşmiş Ştatlar Şimali Koreyanın qadağan edilmiş nüvə silahı proqramı ilə bağlı iki Rusiya şirkəti, bir filial və bir Rusiya vətəndaşı da daxil olmaqla bir neçə vahidin və fərdlərin üzərinə yeni sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin 1 iyun tarixli bəyanatında bildirilir ki, sanksiyalar Şimali Koreya hərbiyyəsinə və nüvə, habelə kütləvi qırğın silahları proqramına qoyulub və “xaricdə əmək fəaliyyətindən, kömür və minerallardan əldə olunan gəlirləri hədəfləyir”.

Nazirlik bildirir ki, bu sanksiyalar şamil edildikləri fərd və vahidlərin ABŞ vahidləri və vətəndaşları ilə işbirliyini qadağan edəcək və onların ABŞ vətəndaşlarının nəzarətində olan hər hansı aktivləri dondurulacaq.

Sanksiyalar habelə Rusiyanın Independent Petroleum Company (IPC) firmasına şamil ediləcək. Bu şirkət Şimali Koreyaya neft və neft məhsulları göndərib və ola bilsin ki, Şimali Koreyaya aid sanksiyaları pozub.

Sanksiyalanmış şirkətlərin siyahısına İPC-nin filiallarından biri olan AO NNK-Primornefteproduct firması da daxil edilib.

Sanksiyalar habelə Moskvada mənzillənmiş Ardis-Bearings LLC və onun direktoru Igor Aleksandrovich Michurin-ə də şamil edilir. Bu şirkət 2009-cu ildə Şimali Koreyanın silah proqramına bağlı Tangun Trading Corporation şirkəti ilə işbirliyində olub.

İnterfax agentliyinin verdiyi xəbərə görə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın yeni sanksiyalar qərarından çaşqınlıq və həyəcan keçirdiyini deyib.

AzadliqRadiosu

%d bloqqer bunu bəyənir: