Gözəl Bayramlının şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən şikayətinə baxılıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin verdiyi məlumata görə, şikayət təmin etməyib.

Səbail Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçən prosesdə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasıyla bağlı vəsatət qaldırılıb. G.Bayramlının vəkili kimi Zibeydə Sadıqova prosesdə iştirak edib.

Vəsatət onunla əsaslandırıb ki,  dövlət başçısının son sərəncamı ilə təqsirləndirilən şəxs barədə alternativ qətimkan tədbirlərinin seçilməsi göstərilib. Amma məhkəmə bunu nəzərə almayaraq həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə G. Bayramlı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: