Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyunun 2-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyunun 1-i ilə müqayisədə  0,01% bahalaşaraq 1,7021 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,9141 manatdan 1,9097 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0301 manatdan 0,0302 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4826 manatdan 0,4824 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1903 manatdan 2,1916 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7040 manatdan 0,6999 manatadək azalıb.


www.oxu.az

%d bloqqer bunu bəyənir: