New York Times: Azərbaycanlı jurnalist Gürcüstanda oğurlandı, Azərbaycanda həbsə atıldı

Jurnalist Əfqan Muxtarlının oğurlanması və həbs edilməsi dünya mətbuatının gündəminə gəlib.

“Gürcüstanda yaşayan müstəqil Azərbaycan jurnalisti qaçırılıb və zorla Azərbaycana gətirilərək həbs edilib. Bu barədə  jurnalistin vəkili məlumat verib. Hüquq müdafiəçiləri baş verənləri pisləyiblər”, – dünyaca məşhur New York Times qəzeti yazıb.

Qəzet öz oxucularına çatdırıb ki, jurnalist və hüquq müdafiəçisi Əfqan keçmiş Sovet Respublikası Gürcüstanda 2015-ci ildən yaşayır.

Vəkil Elçin Sadıqov jurnalistlərə bildirdiyinə görə, Əfqan Muxtarlı Gürcüstanın paytaxtı Tbilisidə çərşənbə günü səhər tezdən yoxa çıxıb. Bir neçə saat sonra məlum olub ki, bir qrup naməlum kişi tərəfindən qaçırılan jurnalist döyülmüş və zorla Azərbaycan-Gürcüstan sərhədinə çıxarırlaraq Azərbaycan polisinə təhvil verilib.

Jurnalist sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunub, – Sadıqov deyib.

“Əfqan Muxtarlı dedi ki, onlar sərhədi keçərkən cibinə 10 000 avro qoyulub”, – Sadıqov əlavə edib.

Azərbaycan Respublikası baş prokurorluğunun açıqlamasına görə, jurnalist “böyük məbləğdə pulla sərhədi qanunsuz keçdikdən sonra”  həbs edilib.

Çərşənbə axşamı Azərbaycan Respublikasının paytaxtı Bakıda məhkəmə Əfqan Muxtarlıya  üç ay həbs cəzası kəsib.

Jurnalistin digər vəkili, Osman Kazımov “Reuters”ə bildirib ki, Əfqan Muxtarlı  “tənqidi məqalələrinə görə  Azərbaycan iqtidarının siyasi sifarişi ilə həbs edilib”

02hanning-obit-master768

O deyib ki, vəkillər məhkəmənin qərarından şikayət edəcəklər.

Gürcüstan daxili işlər nazirliyi Azərbaycan jurnalistinin qanunsuz oğurluğu faktı üzrə təhqiqata başlaması barədə məlumat yayıb, – The New York Times yazır.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: