Türkiyədən Rusiyaya ərzaq məhsullarının daşınmasına olan qadağa götürüldü

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən Rusiyaya ərzaq məhsullarının daşınmasına dair qadağaların ləğv olunması haqqında sərəncam imzalayıb.

Rusiya hökumətinin rəsmi saytında dərc olunan sərəncama əsasən, Türkiyədən bu ölkəyə xiyar, alma, armud, üzüm, çiyələk, quş əti və s. məhsulların ixrac edilməsinə qadağa ləğv edilir. Lakin tomat məhsullarının daşınmasına olan qadağa qüvvədə qalıb.

Bundan başqa, türk şirkətlərinin Rusiyada inşaat işləri aparmasına dair qadağa da aradan qaldırılıb, – İnterfaks yazır. 

Qeyd edək ki, bu qadağalar 2016-cı ilin yanvarın 1-dəın tədbiq edilmişdi. Sanksiyaların səbəbi ötən ilin noyabr ayında Türkiyənin hava sərhəddini pozan Rusiyanın Su-24 borbardmançısının vurulması idi.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: