Əfqan Muxtarlını Çonkadze küçəsində oğurlayıblar – Həyat yoldaşından tələb

Əfqan Muxtarlı Çonkadze küçəsində marşrut taksisindən endikdən sonra oğurlanıb. Bu barədə məlumatı azərbaycanlı jurnalistin həyat yoldaşı Leyla Mustafayeva yayıb. Onun məlumatına görə, Əfqana gürcü dilində danışan iki nəfər hücum edib.

“Turan” xəbər verir ki, ailənin vəkili Çonkadze küçəsində quraşdırılmış videokameralardan görüntüləri almağı tələb edir və bununla bağlı artıq istintaq orqanlarına müraciət edib, xəbəri Gruzia online yayıb.

“Əfqanın vəkilindən öyrəndik ki, onu oğurlayanlar gürcü dilində danışırdılar və yalnız maşını dəyişdirdikdən sonra onu azərbaycan dilində danışan insanlara təhvil veriblər. Biz onun evə qayıda biləcəyi mümkün marşrutu tədqiq etdik. Burada hər yerdə kameralar quraşdırılıb və baş verənlərin təfsilatını öyrənmək olar. Amma Gürcüstan hakimiyyəti bunu gizlətməyə çalışır, sanki onların bunda günahı yoxdur, belə ki, onların Azərbaycan hökuməti ilə müqaviləsi var.

Əfqanı Gürcüstandan oğurlayıblar və məsuliyyət Gürcüstanın güc qurumlarının üzərinə düşür.

Paralel olaraq biz jurnalist araşdırmamızı aparırıq”, – deyə Leyla Mustafayeva bildirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: