Arif Hacılı hakimiyyəti xalqa qarşı düşmənçilik siyasətini durdurmağa çağırıb

Müsavat başqanı Arif Hacılı Azərbaycandakı mövcud hökuməti xalqa qarşı mübarizə aparmağı durdurmağa, düşmənçilik siyasətinə son qoymağa çağırıb.

Arif Hacılı: “Azərbaycan depressiyadadır.

İnsanlar sabaha təminatları olmadan qorxu və təşviş içində yaşayır. Hər gün intihar xəbərləri yayılır.

Əhalinin böyük bir qismi, xüsusilə gənclər ölkədən çıxmağa can atır.

Azadlıq və rahatlıq yoxdursa, xoşbəxtlik də yoxdur.

Bu gün ölkənin ən adi vətəndaşından ən imkanlı vətəndaşınadək heç kəsin azadlığı və rahatlığı, gələcəyə təminatı yoxdur.

Ölkə mövcud iqtidarın siyasəti nəticəsində bu duruma düşüb.

Öz xalqınıza qarşı mübarizəni durdurun. Cəmiyyət tamamilə məhv olmamış düşmənçilik siyasətinə son qoyun, yumşalma, mülayimləşmə siyasətinə başlayın.”

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: