London: Theresa May 7 ölümlə nəticələnən terror hücumuna “artıq bəsdir” deyib

Britaniyanın Baş naziri Theresa May paytaxt Londonda ən azı 47 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyərək “artıq yetər deməyin vaxtıdır” bəyanatını verib.

Şənbə günü yerli vaxtla 22:00-da ağ avtofurqon London Bridge rayonunda piyadaları vurduqdan sonra, avtomobildən 3 nəfər enərək yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıb.

Saxta partlayıcı jilet geyinmiş 3 hücum edən polis tərəfindən güllələnərək öldürülüb.

Xanım May Britaniyanın terrorla mübarizə strategiyasının bir daha nəzərdən keçiriləcəyini bildirib.

Siyasi partiyaların əksəriyyəti seçki kampaniyalarını müvəqqəti olaraq dondurublar.

Lakin Theresa May iyunun 8-nə təyin edilmiş seçkinin planlaşdırılığı kimi keçiriləcəyini və seçki kampaniyalarının bazar ertəsi günü bərpa ediləcəyini deyib.


Xəritə
line break

Hücumun şahidləri London Bridge körpüsü ilə sürətlə hərəkət edən ağ rəngli avtofurqonun piyada gəzən insanları vurduqdan sonra Barrowboy and Banker adlı pabın yanında dayandığını deyiblər.

Hadisənin şahidi və BBC müxbiri Holly Jones avtomobilin “yəgin ki, saatda 50 mil (80 kilometr) sürətlə hərəkət” etdiyini və “5-6 nəfəri” vurğunu deyib.

Avtomobildən enən 3 kişi yaxınlıqda yerləşən və çox sayda restoran və barlarlın olduğu Borough bazarında olan insanlara hücum edib.

Gerard adlı şahid bir qadının 10-15 dəfə bıçaqlandığını gördüyünü və hücum edənin “bu, Allah üçündür” qışqırdığını eşitdiyini deyib.

Başqa şahid, Eric, kişilərin avtomobilin az qala vurduğu insanlara tərəf qaçdığını deyib.

“Mən düşündüm ki, bəlkə onlar narahatdırlar və onlara kömək etmək istəyirlər”, Eric deyib.

“[O zaman] onlar insanlara yumuruq və təpik vurmağa başladılar və sonra bıçaqlarını çıxartdılar…”, o, əlavə edib.

People leave attack area with hands up Hücum edənlərin adi insanların arasında gizlənməyə cəhd etmə ehtimalına görə insanlar hadisə yerindən əlləri başlarının arxasında olaraq uzaqlaşdırılıblar.

Hücumdan sonra Baş nazir Theresa May hökumətin Cobra adlı fövqəladə hallar komitəsinin iclasına sədrlik edib.

Şəhərin meri Sadiq Khan terror aktını “günahsız londonlulara qarşı qəsdlə törədilən xain hücum” adlandırıb.

Bu son üç ay ərzində Britaniyada baş vermiş 3-cü terror aktıdır. Bundan əvvəl mart ayında Westminster-də avtomobil və bıçaq hücumu 5 nəfərin ölümü ilə nəticələnib və iki həftə əvvəl Manchester şəhərində baş vermiş intiharçı bomba hücumunda 22 nəfər həyatını itirib.

Londonun Metropolitan Polis xidmətinin komissar müavini Mark Rowley hücumu yalnız 3 nəfərin törətdiyini və onların əyinlərində geyindikləri partlayıcı jiletlərinin “saxta” olduqlarını deyib.

People run down Borough High Street as police are dealing with a Təhlükədən uzaqlaşmağa cəhd edən insanlar Borough High Steet küçəsi ilə qaçıblar.
Counter-terrorism specialist firearm officers were in attendance Hadisə yerinə terrorla mübarizə xüsusi silahlı polis bölməsi də qəlib.
Ambulances on London Bridge London körpüsündə xəsarət alanlara tibbi yardım göstərməyə çox sayda təcili yardım maşınları gəlib.

BBC

%d bloqqer bunu bəyənir: