ABŞ Dövlət Departamenti Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbsi ilə bağlı narahatlığını ifadə edib

“Turan” xəbər verir ki, ABŞ Dövlət Departamenti Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbsinə münasibət bildirib.

“Birləşmiş Ştatlar mayın 30-da azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən qaçırılaraq, daha sonra Azərbaycanda həbs edilməsini dərin narahatlıq hissi ilə qarşılayır. Biz həmçinin mayın 25-də Azerbaycanda Xalq Cəbhəsi partiyasının sədri Gözəl Bayramlının da həbsinə görə narahatıq.

Biz Azərbaycan hökümətini beynəlxalq və ATƏT qarşısındakı öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlarını icra etdiklərinə görə həbs olunanları azadlığa buraxmağa çağırırıq.

Biz Gürcüstanda oğurlanma ilə bağlı aparılan istintaqı yaxından izləyirik və bu istintaqın ətraflı, şəffaf və vaxtında aparılmasına çağırırıq.”

 

Basainfo.com

%d bloqqer bunu bəyənir: