Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verdi

2017-ci ildə Azərbaycanda ÜDM 1.4 faiz azalacaq, 2018-ci ildə isə 0.6 faiz artacaq. Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir.

Bu il qlobal iqtisadi artım 2.7 faiz həddində möhkəmlənəcək. Səbəb emal sənayesi və ticarətdə yüksəliş, bazara inamın artması, xammal qiymətlərinin sabitləşməsi və bütün bunların inkişaf etməkdə olan ölkələrdə artıma imkan verməsidir. Bunu Dünya Bankı «2017-ci il Qlobal İqtisadi Perspektivlər» adlı hesabatında bildirir.

AZƏRBAYCAN İQTİSADİYYATINDA DİRÇƏLİŞ ƏLAMƏTLƏRİ

Qabaqcıl iqtisadiyyatlarda artımın bu il 1.9 faizədək yüksələcəyi bildirilir ki, bundan həmin ölkələrin ticarət tərəfdaşları da faydalanacaq. Dünya Bankı yeni yaranan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə isə artımın ötənilki 3.5 faiz səviyyəsindən bu il 4.1 faizə yüksələcəyini vurğulayır.

Hesabatda qeyd olunur ki, 2014-cü ildə neftin qiymətlərinin xeyli artması, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin gəlirlərinin yarıdan çoxunun karbohidrogen ehtiyatlarından əldə etməsiylə sonuclanıb. Bu səbəbdən qiymətlərin qəfil düşməsi enerji ixracatçısı olan ölkələri kəskin fiskal dəyişikliklərə məcbur etdi, maliyyə ehtiyatları azaldı.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: