Qiyas İbrahimə məhkəmədə xəsarət yetirildi

Bu gün, iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Nidaçı gənc, vicdan məhbusu Qiyas İbrahimin şikayətinə baxılıb. Müsavatçı Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin “Basta”ya verdiyi məlumata görə, məhkəmə Qiyas İbrahimin, onun barəsində çıxarılan hökmdən şikayətini təmin etməyib. 

Məhkəmədə Qiyas İbrahimin özü də iştirak edib. O, danışmaq istəyərkən mikrofonu söndürüblər. Qiyas İbrahim mikrofonu yerə atıb. Bundan sonra onu qandallayıb aparıblar. Məlumatda bildirilir ki, Qiyas İbrahimin qoluna qandal bağlayarkən nəzarətçilər zor işlədib. Nəticədə vicdan məhbusunun əli qanayıb. 

“Bir ildi mən həbsdəyəm. Bu bir ildə çox nağıllar danışdılar. İndi də mən sizə nağıl danışmaq istəyirəm. Saxtakar kralın nağılını…”, – AzadlıqRadiosunun məlumatına görə, Qiyas İbrahim bu sözləri dedikdən sonra mikrofonu söndürülüb.

MGT sədri bildirib ki, prosesdə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanının müavini Səxavət Soltanlı, Nida və Real təşkilatlarının nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

qiyas ibrahim

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Hər iki gənc narkotikin qanunusuz dövriyyəsində ittiham olunur.

Dövlət ittihamçısının 9 il həbs istəməsinə baxmayaraq bu il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu “vicdan məhbus”u elan edib.

Qurum hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtadır.

“Gəncləri siyasi fəaliyyətinə görə cəzalandırmaq yeganə məqsəd olub”, Amnesty İnternational qeyd edib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: