Vəkil G.Bayramlı və Ə.Muxtarlı ilə görüşə buraxılmayıb

«Bu gün, iyunun 5-i 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədri Gözəl Bayramlı və həm də jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna imkan verilmədi».

Bunu vəkil Elçin Sadıqov bildirib. Vəkilin deməsinə görə, təcridxana rəisinin müavini ilə görüşdə o, bunu müstəntiqi tapa bilməmələri ilə izah edib, – AzadlıqRadiosu məlumat verir.

«Halbuki, buna ehtiyac yox idi. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə mənim adım vəkil kimi qeyd edilirdi. Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verir ki, məni onlarla görüşə buraxmadılar», – deyə vəkil vurğulayıb.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, bundan əvvəl qohumlarının Ə.Muxtarlı ilə görüşməsinə də imkan verilməyib. 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: