Əfqan Muxtarlı ilə bağlı Arif Hacılının çağırışına Avropadakı müttəfiqlərdən dəstək gəldi

Avropa liberalları Azərbaycan hakimiyyətinin təqiblərinə görə Gürcüstana sığınan, amma mayın 29-da Tbilisidən qaçırılaraq Bakıya gətirilərək həbs edilən müstəqil jurnalist Əfqan Muxtarlının oğurlanması faktını qəti şəkildə pisləyir.

ALDEPARTY.EU saytının verdiyi məlumata görə bu bəyanat ALDE-nin Lyublyanada keçirilən toplantısında səsləndirilib.

“ALDE  çətin şəraitdə avtoritar sitemə qarşı repressiya altında cəsarətlə mübarizə aparan Müsavat Partiyasına və onun lideri Arif Hacılıya tam dəstəyini bir daha bildirir” – bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, Azad Demokrat və Pespublikaçılar partiyasında olan gürcü liberalları da gürcü hakimiyyətinin Gürtcüstan ərazisində baş verən bu qaçırılma əməliyyatında iştirakına görə narahatdılar və məsələnin araşdırılmasını tələb edirlər.

ALDE-nin sədri Hans van Baalen bu məsələni şərh edərkən deyib: “Avropa liberalları bu qaçırılma işi ilə bağlı tam aydınlıq gətirilməsini tələb edən öz gürcü müttəfiqlərini dəstəkləyir. Həmçinin Azərbaycan liberallarını dəstəkləyərək Avropa İttifaqından xahiş edirlər ki, Əfqan Muxtarlı və digər siyasi məhbusların azad olunması üçün Azərbaycan hakimiyyətinə təzyiq etsinlər.”

Azər İsmayıl, bastainfo.com

%d bloqqer bunu bəyənir: