Azərbaycanda 50 min müəllimin maaşı artırılacaq

“Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi, demək olar ki, yüz faizə çatıb”.

 Report xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

F.Qədirov növbəti ilin yanvarından diaqnostik qiymətləndirmədən keçən daha 50 min müəllimin maaşlarının artırılacağını da bildirib: 

“Azərbaycanda bir neçə il əvvəl məktəbəqədər təhsil səviyyəsi çox aşağı idi. Son iki ildə aparılan siyasət nəticəsində 5 yaşlı uşaqların 55 faizini təhsilə cəlb etmək mümkün olub. Bu il ali məktəblərin bakalavriat və magistr səviyyəsinə qəbul olunanların sayı 40 minə yaxın oldu. İndiyədək bu sayda gənc ali məktəblərə daxil olmaq imkanı əldə etməyib. Ümumilikdə son üç ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb”.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: