Baş Prokurorluq müxalifəti və QHT-ləri hədələyir

“Turan” xəbər verir ki, Baş prokuror Zakir Qaralov müxalifət partiyaları və QHT-lər tərəfindən maliyyə və qanunvericilik pozuntuları faktlarından danışıb.

“Uzun illər özünü müxalifət adlandıran, amma dövlət qeydiyyatından keçməyən siyasi partiyalar, habelə QHT-lər qanunvericiliyin tələblərini pozublar, xüsusən, maliyyə şəffaflığı məsələsində.

Biz onların qanuna riayət etməsi üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldıq”, deyə prokuror jurnalistlərə bildirib.

Onun sözlərinə görə, partiyalar MSK-ya maliyyə hesabatı, QHT-lər isə Maliyyə Nazirliyinə qrantlar haqqında məlumat verməlidirlər.

Qaralov bildirib ki, Azərbaycan qanunvericiliyi “təkmilləşdirilib”, buna görə onlar ölkə daxilində vəsait əldə edə bilmirlər.

“Buna görə onlar başqa ölkələrdə hesablar açırlar ki, bu, qanunsuzdur”, deyə Qaralov bildirib.

Daha sonra Qaralov hakim “Yeni Azərbaycan” Partiyasının fəaliyyətini, onun Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə maliyyə hesabatlarını nümunə göstərib.

Bəziləri qanun haqqında danışırlar, amma özləri qanunsuz qrant korrupsiyasına cəlb olunublar.

Onlar bilməlidirlər ki, son vaxtlar üzə çıxarılmış vəsaitlərin mənbələrini biz müəyyən edəcəyik. Bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb”, deyən Qaralov AXCP sədr müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının həbsinə işarə edib.

 

Basainfo.com

%d bloqqer bunu bəyənir: