Yasamalda məcburi köçkünlərin yataqxanası yandı – FOTO + VİDEO+YENİLƏNİB

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yanğın baş verən yataqxanaya baş çəkib. 

 APA-nın verdiyi məlumata görə, sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib. 

Qeyd edək ki, bu gün Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. İlkin məlumata görə, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanıb.

14:14

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edir. 

Binanın bir bloku tamam yanıb. Yanğın yerinə dörd yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib. 

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub. 

%d bloqqer bunu bəyənir: