Boz Qurd partiyası Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə bağlı bəyanat verdi

Azərbaycan Milli Demokrat Partiyası (AMDP Boz Qurd) jurnalist Əfqan Muxtarlı və AXCP-nin sədr müavini Gözəl Bayramlının həbsi ilə bağlı bəyanat yayıb.

“Araşdırmaçı jurnalist, Qarabağ qazisi Əfqan Muxtarlının Gürcüstan paytaxtında oğurlanması və Azərbaycanda uydurma ittihamlarla həbs edilməsi hiddət doğurur. Biz AXCP sədrinin müavini Gözəl Bayramlının da həbs olunmasını hakimiyyətin öz siyasi opponenlərinə qarşı mübarizədə bütün hədləri aşması, hətta qadınları da repressiyaya məruz qoyması kimi qiymətləndiririk”, – partiyadan “Basta”ya təqdim olunan bəyanatda bildirilir.

Boz Qurd partiyası bütün siyasi məhbusların azad olunmasını tələb edib:

“Azərbaycan hakimiyyətindən insan hüquqlarının tapdalanmasına son qoyulmasını, Əfqan Muxtarlının, Gözəl Bayramlının və bütün digər siyasi məhbusların dərhal azad olunmasını tələb edirik”.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: