Tehranda yeni hücum – Yaralananlar var

“Basta” Hürryet-ə istinadən xəbər verir ki, İranın Tasnım xəbər agentiyi paytaxt Tehranda daha bir terror  akının baş verdiyi xəbərini yayıb.

Məlumata görə bir motosiklet sürücüsü dayanacaqda dayanmış insanların üstünə sulfat turşusu atıb.

Bu hadisədən sonra Tehranda hərəkətli dəqiqələr yaşanıb.

Tehran Ədliyyəsindən verilən açıqlamaya görə, hadisəni törədənin saxlanıldığı bildirilib.

Araşdırmalara görə saxlanılanın xanımı ilə dalaşdığı və xanımının da, dayanacaqda dayananların içində olduğu üçün bunu etdiyini dediyini bildiriblər.

Bu hadisənin dünənki terrorla əlaqəsi yox imiş.

“Sulfat turşusu hücumu” 16 nəfərin ağır xəsarət alması ilə nəticələnib.

 

Könül Alı

Basainfo.com

 

%d bloqqer bunu bəyənir: