20 yaş kiçik arvadını və övladlarını niyə öldürdü? – TƏFƏRRÜAT

Mingəçevirdə 57 yaşlı kişi tərəfindən törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.Lent.az xəbər verir ki, Nəsimi küçəsindəki mənzildə həyat yoldaşı 37 yaşlı Aynurə Abbasovanı və iki uşağını amansızlıqla öldürən Lazım Hüseynov ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyib.

Araşdırmalar nəticəsində məlum olub ki, 57 yaşlı L.Hüseynov işdən bir qədər gec gəldiyi üçün həyat yoldaşı ilə dalaşıb, sonra isə avtomatla onu güllələyərək öldürüb. Hadisə 7 yaşlı Hüseynlə, 5 yaşlı Mədinənin gözləri qarşısında baş verib. Uşaqların qışqırdığını görən Lazım Hüseynov daha sonra onları bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, L.Hüseynov müharibə iştirakçısıdır. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Mingəçevir Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

 

*****

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Hüseynov həyat yoldaşı Aynurə Hüseynovanı və övladları, 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

**

10:36

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub. Lent.az-ın Report-a istinadən məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

10:11

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

Report-un məlumatına görə, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını qətlə yetirib.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: