Böyük Britaniyada parlament seçkisinin ilkin nəticələri açıqlandı

Böyük Britaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Hesablamalara görə, Mühafizəkarlar partiyası 650 mandatdan 311-ni, leyboristlər isə 259-nu əldə ediblər. Mühafizəkarlar seçkiləri udsa da, parlamentdə mütləq çoxluğa nail olmaq üçün 326 yer gərəkdir. Parlamentin əvvəlki tərkibində Mühafizəkarların 330 mandatı vardı.

Şotlandiya Milli Partiyası 35, Liberal Demokratik Partiyası 12 mandat əldə edib. Digər partiyalar isə 23 mandat qazanıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib.

Səslərin hesablanması başa çatmaq üzrədir, ölkə üzrə cəmi 10 seçki dairəsində səslərin hesablanması yekunlaşmayıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey yenidən deputat seçilib. O bildirib ki, hakim partiyanın qələbəsi sabitliyi təmin edicək və ölkənin Avropa İtifaqından çıxması üçün əlverişli şərait yaradacaq.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: