Tramp İttihamlara belə cavab verdi: “Biz mühasirədəyik, amma təslim olmayacayıq”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda öz tərəfdarları qarşısında çıxış edərək Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Kominin ittihamlarına reaksiya verib.

“Biz mühasirədəyik, amma təslim olmayacayıq”, – NTV-nin məlumatına görə, Tramp belə deyib. 

Ceyms Komi ötən gün ABŞ qanunvericiləri qarşısında prezident Trampın ondan sədaqət gözlədiyini deməsinə dair ifadə verib. O, prezidentin ondan yardımçıları ilə Rusiya arasında təmasa dair təhqiqatın dayandırılmasını istəyib.

Tramp Komini ötən ay vəzifəsindən kənarlaşdırılıb. “Amerikanın səsi”nin yaydığı məlumata görə, Komi deyib ki, Tramp onu FBİ direktorluğu vəzifəsindən Rusiya ilə bağlı təhqiqata görə kənarlaşdırıb.

Komi Senatın Kəşfiyyat Komitəsində ilk dəfə açıq ifadə verib. O işindən uzaqlaşdırılmadan öncə Trampla keçirdiyi 9 görüş barədə məlumat verib. Bunların 3-ü uz-uzə görüş, 6-sı isə telefon söhbəti olub.

Komi deyib ki, yanvar ayında prezidentlik vəzifəsinə başlaması ilə bağlı Ağ Evdə təşkil edilən şam ziyafətindən sonra Tramp ondan sədaqət nümayiş etdirməsini gözlədiyini bildirib. O, prezidentin bu çağırışına sükutla cavab verdiyini deyib.

Federal Təhqiqat Bürosunun sabiq direktoru Trampın fevral ayının 14-də Maykl Flinnin təhqiqatına dair “burax bu məsələni” deməsi barədə də danışıb. O deyib ki, Trampın bu sözlərini bir göstəriş kimi qəbul edərək, hədsiz dərəcədə narahat olub.

Onun Trampla görüşünün mətbuata necə sızmasına dair sualın cavabında Komi bunu yaxın dostu ilə bölüşdüyünü və məlumatı mətbuata verməsini istədiyini bildirib.

Komi prezidentə 3 dəfə onun təhqiqata alınmadığını dediyini bildirib.

Lakin bəzi müxalif demokratlar Trampın Komidən təhqiqatdan əl çəkməsini istəməsinin 1974-cü ildə sabiq prezident Riçard Nikson kimi onun da impiç edilməsinə əsas verir.

Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Flinni vəzifəsinin 24-cü günü vitse-prezident Mayk Pensə Rusiya səfiri ilə görüşü barədə yalan məlumat verdiyinə görə işdən çıxarıb.

Kominin ifadə verdiyi dinləmələr son illər Vaşqintonda keçirilən ən böyük Konqres dinləməsidir.

Bütün televiziya kanalları gündəlik verilişlərini ləğv edərək, efirlərində bu dinləmələrə yer verib.

Vaşinqtonun bəzi barları erkən saatlarda açılaraq, müştərilərə Rusiya motivli içkilər təklif edir.

%d bloqqer bunu bəyənir: