Türkiyənin ardınca daha bir ölkə Qətərə qoşun yeridir

Türkiyənin ardınca, Pakistan da ərəb ölkələri tərəfindən boykot edilən Qətərə qoşun yeritmək qərarına gəlib.

Pakistan hökuməti Qətərə 20 min əsgər göndərmək üçün Məclisdən razılıq istəyib, – DHA məlumat verir.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

Qətərin Xarici İşlər Nazirliyi bəyan edib ki, “Türkiyə bölgəyə təhlükəsizliyi təmin etmək üçün gəlir”.

%d bloqqer bunu bəyənir: