ABŞ dövlət katibi Türkiyənin xarici işlər naziri ilə telefon söhbəti aparıb

ABŞ dövlət katibi Türkiyənin xarici işlər naziri ilə telefon söhbəti aparıb. Reks Tillerson və Mevlüt Çavuşoğlu Qətərlə körfəz ölkələri arasındakı mübahisəni müzakirə edib. Lakin müzakirələrin təfərrüatı açıqlanmayıb.

Amerikanın Səsinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir adambaşı gəlirə görə dünyanın ən zəngin ölkəsi sayılan Qətəri regionda islamçı yaraqlıları dəstəkləməkdə ittiham edib. Onların Qətərin gəmiçilik və hava nəqliyyatını blokadaya almış, ölkənin yeganə quru sərhədini bağlamış və yerli əhali arasında panikaya bais olmuşlar.

Son onilliklərdə daha aqressiv xarici siyasət yürütməyə başlamış Qətər militantları dəstəklədiyini inkar edir. Ölkə rəhbərliyi yoxsulluğa qarşı mübarizə və siyasi islahatlar yürütməklə ekstremizmə qarşı mübarizə apardığını deyir.

Prezident Donald Tramp kiçik körfəz ölkəsi olan Qətəri tarix boyu terroru maliyyələşdirməkdə günahlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreynin xairici işlər nazirinə bildirib ki, Qətər və Ərəb dövlətləri arasında mübahisə müqəddəs Ramazan ayının sonuna qədər həll edilməlidir. Bu bərədə şənbə günü Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd bin Məhəmməd əl-Xəlifə ilə birgə mətbuat konfransı keçirən Çavuşoğlu deyib ki, Türkiyə Ərəb dövlətləri ilə Qətər arasında olan mübahisənin həllində səylərini göstərməyə davam edəcək.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin Qətərdə yerləşdirdiyi hərbi baza və ora hərbilərin göndərilməsinin məqsədi birbaşa Qətərlə əlaqəsi yoxdur və yalnız regionun sabitliyinə tövhə vermək məqsədi daşıyır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: