Millimiz məğlub oldu…

Dünən, iyunun 10-u DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edib.

Doğma divarlar arasında Azərbaycan millisi üzərində böyük hesablı qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirən britaniyalılar bu dəfə də yaşıl meydandan “başları dik” ayrılaraq mövqelərini möhkəmləndiriblər.

Oyuna yaxşı başlayan və hücumlar edən Azərbaycan yığması bütün cəhdlərə rəğmən hesabı aça bilməyib. 3-4 dəfə real qol vəziyyətindən istifadə edə bilməyiblər. Xüsusilə Əfran İsmayılov düz 2 dəfə əlverişli vəziyyətdən yararlana bilməyib. Əvəzində isə oyuna əlavə olunmuş dəqiqələrdə rəqib fərqlənərək qələbəni rəsmiləşdirib. Şimali İrlandiya 1:0 hesabı ilə qalib gəlib.

Hazırda 6 oyundan 7 xal toplayan Azərbaycan millisi qrupda 4-cü yeri tutur. Qrupa 5 oyundan maksimum xal toplayan Almaniya yığması başçılıq edir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: