Praqa festivalında azərbaycanlı fəalların azadlığı üçün petisiya imzalanıb

Praqada keçirilən “Multikultural Kaleydoskop” adlı festivalda azərbaycanlı gənc fəallar Qiyas və Bayramın azad edilməsi tələbi ilə kampaniya aparılıb.

BBC Azərbacancanın verdiyi xəbərə görə, xaricilərin inteqrasiyası, başqa mədəniyyətlərlə tanışlıq məqsədi ilə keçirilən bu festivalda, əsasən müxtəlif xalqların mətbəx və rəqslərinə aid təqdimatlar olur. Hər il insan haqları ilə bağlı bir məsələ də önə çəkilir.

Keçən il Yuqoslaviya müharibəsindən zərər çəkmiş 4 qadının taleyindən danışılmışdı.

Bu ilki tədbirdə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Bayram Məmmədovun və Qiyas İbrahimovun azadlığa buraxılması tələbi ilə petisiya imzalanıb.

Amnesty International activists

Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiəsi təşkilatının fəalları festival iştirakçılarına bu gənclərin niyə tutulduğunu izah ediblər.

Aİ fəalları iştirakçılara çexcə və slovakca Bayram və Qiyasın Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlinə qrafiti çəkəndən sonra evlərində narkotik tapıldığını və bu səbəbdən həbs edildiklərini deyiblər.

Onların sözlərinə görə, bu gənclər əslində öz fikirlərini ifadə elədikləri üstündə həbs olunublar və azad edilməlidirlər.

Praqa 4 bələdiyyəsinin və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə 3 ildir ki, belə festival keçirilir.

Prague
%d bloqqer bunu bəyənir: