Müsavat iftar süfrəsi açacaq

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı görülən işlər barədə  məlumat verib.

Divan üzvü Razim Əmiraslanlı Qəbələ və Səbail, MNTK üzvü Xuraman Bağırova Biləsuvar rayonlarında keçirilən hesabat-seçki yığıncaqları haqqında məlumat veriblər.

İclasda partiyanın digər rayon təşkilatlarında keçiriləcək ümumi yığıncaq və konfransların təqvimi müzakirə edilib.

Divan üzvü Nemət Kərimli Gürcüstanda oğurlanmış jurnalist Əfqan Muxtarlının müdafiəsi ilə bağlı həmin ölkədə keçirdiyi görüşləri diqqətə çatdırıb.

Müsavat Partiyasının iyunun 20-də saat 20:00-da partiyanın mərkəzi qərargahında iftar süfrəsi açması qərara alınıb.

Bu gün Rusiyanın şəhərlərində keçirilən kütləvi aksiyalar barədə fikir mübadiləsi olub.

%d bloqqer bunu bəyənir: