Vilnyusda Əfqan Muxtarlı ilə bağlı flaş-mob keçirildi

Bu gün Litva paytaxtı Vilnusda jurnalist Əfqan Muxtarlının həbsinə etiraz olaraq flaş-mob keçirilib.
Litva parlamentinin binası önündə baş tutan aksiyanı mühacir müsavatçılar təşkil edib. Müsavat AKM-in üzvü Azad Həsənovun yaydığı məlumata görə, flaş-mob iştirakçıları Əfqan Muxtarlının və bütün siyasi məhbuslarının azad olunmasını tələb ediblər.
Qeyd edək ki, ötən həftə Litva parlamentinin 14 deputatı Əfqan Muxtarlının dərhal azad edilməsi tələbilə Azərbaycan hökumətinə müraciət edib.

Mustafa Hacıbəyli

Bastainfo.com
%d bloqqer bunu bəyənir: