Xaçmazda izdiham – bir həftədir internet yoxdur

Bir həftədən artıqdır ki, Xaçmazda internetlə bağlı problem yaranıb.

“Basta” nın bölgə muxbirinin verdiyi xəbərə görə bir həftədən artıqdır Xaçmazda internetlə bağlı problem yaranıb.

Hər gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Xaçmaz idarəsinin qarşısında izdiham yaşanır.

Günlərlə internetin olmamasından, telefonlarının kəsilməsindən şikayətlənən abunəçilərə konkret cavab verilmir. Şikayətçilərin əksəriyyətinə internetin bağlanması səbəbinin borca görə olduğu bildirilir.

Lakin şikayətçilər bununla razılaşmır, borclarının olmadığını bildirirlər. İdarənin adının çəkilməsini istəməyən işçisi bildirdi ki, rayonda özəl provayderlərin fəaliyyəti dayandırılıb.

Bu provayderlərin müştəriləri aztelekom MMC ilə müqavilə bağlamalıdır. Bu da xeyli vaxt apardığına görə növbə yaranır.

İdarənin rəisi Səməd Səfərov suallarımızı geniş surətdə cavablandırmaqdan imtina etsə də, bildirdi ki, yaranmış müəyyən texniki problemlər qısa müddət ərzində yoluna qoyulacaq.

 

Heybət Əmrah

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: