Aleksey Navalnıya 30 sutkalıq həbs cəzası verildi

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıya 30 sutka həbs cəzası verilib.

Moskvanın Simonov məhkəməsi onu razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirməkdə təqsirləndirib və barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb, – APA məlumat verir.

Ötən  gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyasın təşkilatçısı A.Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Səbəb hakimiyətin sanksiyalaşdırılmış mitinqdə mikrofonlardan, səsgücləndiricilərdən və monitorlardan istifadəyə qeyri-rəsmi qadağa qoyması olaub. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb.

A. Navalnıy aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.

İyunun 12-də Rusiyanın bir sıra iri şəhərlərində, o cümlədən Moskva və Sankt-Peterburqda etiraz aksiyaları keçirilib. Aksiyalarda preziden Vladimir Putin və baş nazir Dmitri Medvedevə qarşı şuarlar səsləndirilib. Aksiyalarda yüzlərlə etirazçı saxlanılıb.

%d bloqqer bunu bəyənir: