Sumqayıtda uşaqların zəhərlənməsinə “Rotavirus” səbəb olub

Laborator araşdırmalar zamanı məlum olub ki, Sumqayıtda və Abşeronun bəzi yaşayış məntəqələrində yaşayan uşaqların kütləvi zəhərlənməsinə “Rotavirus” səbəb olub. Son günlər 136 uşaqda bu vuris aşkar edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Turan-a bildirilib.

Hazırda Sumqayıt uşaq xəstəxanasında 46 uşaq stasionar müalicə alır. Onların vəziyyəti qənaətbəxşdir və tezliklə evə buraxılacaqlar.

İnfeksion yoluxmanın baş verdiyi ərazidə tibbi-profilaktik tədbirlər, əhali arasında isə sanitar-maarifləndirmə işləri aparılır.

Yoluxma mənbəyi içməli sudur. Ancaq hazırda suyun keyfiyyəti standartlara uyğundur, mənbə bildirib.

Suya virusun necə düşməsi məlum deyil. İçməli su müəssisələrində təhlükəsizlik qaydalarına əməl olunur, su əhaliyə verilməzdən öncə mütləq yoxlanılır.

Hazırda su mənbələrində virus aşkar edilməyib. Hakimiyyət virusun təchizat sisteminə necə düşdüyünü açıqlamır.

*Çox zaman virus orqanizmə çirkli qida məhsulları və çiy su ilə daxil olur. Eyni zamanda hava-damcı yolu ilə yoluxmaq mümkündür.

“Rotavirus”a istənilən yerdə yoluxmaq olar. Bir qayda olaraq bu, adamların çox olduğu yerlərdə – uşaq bağçaları, məktəblər, ofislər, ictimai nəqliyyatda və s. baş verir. İnfeksiyanın yayılma mənbəyi xəstə və ya virusdaşıyıcı ola bilər. Xəstəlik insandan insana keçir.

%d bloqqer bunu bəyənir: