ABŞ-da bir qrup konqresmenə silahlı hücum edildi

ABŞ prezidenti Donald Trump bildirib ki, Virciniya ştatında bir qrup konqresmenə silahlı hücumla bağlı vəziyyəti diqqətlə izləyir.

Prezident bu insidenti “faciə”adlandırıb.

“Vitse-prezident Mayk Pensvə mən insidentdən xəbərdarıq və vəziyyəti yaxından izləyirik. Bu faciədən dərin məyus olmuşuq”,Trump yazılı bəyanatında deyir.

NBS News-in məlumastına görə, insident konqresmenlər Aleksandriya şəhərindəki beyspol meydanında məşq edərkən baş verib.

Nəticədə azı 5 nəfər xəsarət alıb.

Onlardan biri Respublikaçılar partiyasından olan konqresmen Stiv Skaliz-dir.

Güllə onun ayağına dəyib.

CNN-nin məlumatına görə, həmçinin 2 polis xəsarət alıb.

Polis 1 nəfər şübhəlinin saxlandığını xəbər verir.

O, azı 20 dəfə atəş aça bilib.

Hücumun motivi hələ ki, bəlli deyil,istintaq gedir.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: