ABŞ-ın baş prokuroru Senat qarşısında ifadə verir

Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Ceyms Kominin Senatın Kəşfiyyat komitəsində prezident Donald Trampla danışıqlarına dair ifadə verməsindən bir həftə sonra ABŞ-ın baş prokuroru Ceff Seşşins bu gün eyni komitədə qanunvericilərin suallarına cavab verir.

Amerikanın Səsi xəbər verir ki, Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın prezident seçki kampaniyasını ilk günlərdən dəstəkləyən Seşşinsin Kominin mayın 19-da vəzifəsindən kənarlaşdırılmasında rolu məsələləri dinləmələrin diqqət mərkəzindədir. Komi FBI-ın Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatına rəhbərlik edib.

Ceff Seşşins deyib ki, Rusiyanın Vaşinqtondakı səfiri ilə keçən il keçidiyi iki görüş zamanı heç bir qeyri-münasib davranışa yol verməyib. Seşşins onun Rusiya rəsmiləri ilə keçən il prezident seçkiləri dövrü əlaqələrinə dair hər hansı bir iddianın yalan olduğunu bildirib.

Onun sözlərinə əsasən, o özünü Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqata nəzarətdən Trampın seçki kampaniyasının əsas müşavirlərindən biri olduğu üçün Ədliyyə nazirliyinin qaydalarına müvafiq olaraq kənarlaşdırılıb.

Seşşins Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla iki görüşü olduğunu bildirib. Bu görüşlərin biri Respublikaçılar partiyasının milli qurultayında, o biri isə onun Senatdakı ofisində baş tutub. Seşşins bildirib ki, bu görüşlərin heç birində o, Trampın kampaniyasının müşaviri kimi deyil, senator kimi iştirak edib və danışıqlar Trampın onu ölkənin hüquq-mühafizə orqanlarının baş rəsmisi vəzifəsinə nominasiya etməsindən əvvəl keçirilib.

Seşşins Vaşinqtonda Trampın xarici siyasət sahəsində nitq söylədiyi hoteldə Sergey Kislyakla söhbət etdiyini xatırlamadığını deyib.

O, seçki kampaniyası dövrü Rusiyanın Trampın demokrat namizəd Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyinə dair heç bir mülahizə eşitmədiyini bildirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: