Türkiyədə etiraz aksiyaları başladı – Video (Yenilənir)

Bu gün Ankarada Türkiyə müxalifətinin lideri, CHP genel başqanı Kamal Kılıçdaroğlunun təşəbbüsü ilə etiraz aksiyaları başlayıb. “Ədalət yürüşü” adlanan aksiyanın başlanğıcında Kamal Kılıcdaroğlu deyib ki, Türkiyədə ədalət bərpa olunanadək etirazlar davam edəcək.

“Öz ölkəmizdə azad yaşamaq istəyirik”, deyərək Kılıcdaroğlu hamını meydanlara səsləyib, DHA məlumat verir.
 

***  

Kılıçdaroğlu: Bu qərarı verənlər bunun altında qalacaqlar

“Cümhuriet” -in verdiyi xəbərə görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Bərbəroğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

Kılıçdaroğlu: Bu kararı verenler bunun altında kalacaklar

Enis Bərbəroğlu Milli İstihbarat Təşkilatına (MİT) məxsus olduğu deyilən TIR-larla bağlı cinayət işinə görə həbsedilib.

Bərbəroğlunun həbsindən dərhal sonra CHP Merkez Yönetim Kurulunun föqaladə toplantısı çağırılıb. CHP sədri Kamal Kılıçdaroğlu TBMM-nin toplantısını tərk edərək partiyanın mərkəzi qərargahında millət vəkilləriylə bir araya gəlib.

Partiya qərargahında başlayan toplantı mətbuata qapalı keçirilib. Daha sonra mətbuatın önünə çıxan CHP sədri Kılıçdaroğlu xalqa səslənib.

“Heç bir dəlil olmadan 25 məhkum edildi. Hansı anlayışla, hansı qanunla? Bunu əsla və əsla qəbul edə bilmərik. Bu qərarı verənlər bunun altında qalacaqlar. Biz illərimizi demokratiya üçün xərclədik. Ədalət istəyirik bu ölkədə, demokratiya istəyirik bu ölkədə. Bunların heç birisi hakim deyil. Sadəcə və sadəcə sarayın sopası olma görəvini yerinə yetirirlər. İlk dəfədir Türkiyə bu qədər ağır bir tablo ilə qarşı qarşıyadır. Sabah saat 11:00-da Güvenparkda olacam. Əlimdə sadəcə bir şüar olacaq. Üzərində “Ədalət” . Dünyanın ən soylu anlayışıdır. Ədalətin olmadığı bir dövlətmi olar? Ədalətin olmadığı bir xalqmı olar? Dövlətin təməlinə dinamit qoyurlar. Ədalətin təməlinə dinamit qoyurlar. Sabah saat 11:00-da Güvenparkda yürüyüşümüzü başladacağıq, ədalət bu ölkəyə gələnə qədər. CHP Ankaradan İstanbula yürüyüş başladacaq.” – Kılıçdaroğlu bildirib.

 

Fərəc Kərimli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: