“Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqı dərhal dayandırılsın” – BƏYANAT

Bu gün saat 12.00-da Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, “bastainfo.com” saytının baş redaktoru Müstafa Hacibəyli Baş Prokurorluğa çağırılıb.

Baş redaktora Gürcüstanda oğurlanaraq Bakıda həbs edilən jurnalist Əfqan Muxtarlı haqqında yazılan yazılarla bağlı xəbərdarlıq edilib.

Bununla bağlı Müsavat Partiyası bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən redaksiyamıza daxil olan bəyanatda deyilir:

“Müsavat Partiyası hesab edir ki, Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi “Əfqan Muxtarlı hadisəsi və Azərbaycanda medianın vəziyyətinə dair” qətnamədən dərhal sonra Müstafa Hacibəylinin baş prokurorun müavini Rüstəm Usubovun yanına çağırılması Müsavat Partiyasına qarşı təzyiq, Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqının davamıdır. Müsavat Partiyası mediaya basqılara, ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasını, eyni zamanda jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini hakimiyyətdən bir daha tələb edir.”

bastainfo.com

%d bloqqer bunu bəyənir: