ABŞ səfiri iftar süfrəsi açıb

ABŞ səfiri Robert Sekuta iyunun 16-da öz iqamətgahında iftar süfrəsi açıb.

Din xadimlərinin, ictimaiyyət nümayəndələri və rəsmi şəxslərin dəvət olunduğu iftar inanclı müsəlmanların gün ərzində günəş batana qədər oruc tutduqları 30 günlük Ramazan ayının bitməsinə 9 gün qalmış verilib. İftar süfrəsində Qafqaz Müsəlmanları İdarəsini sədr müavini Rəşad Əliyarlı təmsil edib.

Səfir Robert Sekuta bildirib ki, ramazan ayı insanlara ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

“İslam dininin Birləşmiş Ştatlarda üzun tarixcəsi var və Amerika prezidentləri tarix boyu İslam ənələrinə dərin hörmət göstərmişdirlər. 1805-ci ildə Tomas Cefferson Birləşmiş Ştatlarda ilk müsəlmən səfiri olan Tunisin səfiri üçün iftar süfrəsi açmışdır. Bu iftar 200 il bundan öncə bizim dövlətimizin beynəlxalq aləmdə ilk addımlarıni atdığı bir vaxta təsadüf etmişdir. O vaxtdan bəri iftar süfrələri açmaq Birləşmiş Ştatlarda bir ənənəyə çevrilmişdir. Prezidentlər, Dövlət Katibləri və həmçinin bizim xaricdə fəaliyyət göstərən missiyalarımız hörmət və birlik əlaməti olaraq hər il iftar süfrələri açırlar”, o qeyd edib.

Cənab Sekutanın sözlərinə görə, Birləşmiş Ştatlarda dünyanın bütün müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır.

“Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrindən, onların hazırladıqları yeməklərdəndə başa düşmək olar. İftar vaxtı müxtəlif insanlar müxtəlifliyi ilə seçilən ənənələrini nümayış etdirir və fərqli yeməklər hazırlayırlar lakin bütün insanlar Ramazan ayının əsas dəyərini anlayaraq onu aralarında paylaşırlar”.

Səfir hesab edir ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var.

“Lakin tolerantlıq özü-özündən yaranmır, biz ona fəal və davamlı şəkildə təkan verməliyik. Biz uşaqlarımız da daxil olmaqla ənənələrimizi digər insanlara göstərməliyik. Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir”, Sekuta qeyd edib.

Amerikanın səsi

%d bloqqer bunu bəyənir: