Arif Hacılı ifadə verdi: “Əfqan Muxtarlının istintaqı imitasiya xarakteri daşıyır” – Video (Yenilənib)

 Müsavat başqanı Arif Hacılı həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə şahid qismində Ağır Cinayətlər dair işlərə üzrə İstintaq İdarəsində istintaqa cəlb edilib. İstintaqdan sonra Arif Hacılı jurnalistlərə müsahibə verir.

Arif Hacılı istintaqın imitasiya xarakteri daşıdığını deyib:

***

Müsavat başqanı Arif Hacılı Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verir. Arif Hacılı həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə şahid qismində istintaqa cəlb eilib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanının müavinləri Fərəc Kərimli, Elman Fəttah, Divan üzvü Razim Əmiraslanlı, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, departament rəhbərləri Mübariz Bədirxanlı, Söhrab Məhərrəmli, Kərimxan Zeynalov, MNTK üzvü Çingiz Əli, bir qrup Müsavat fəalı və jurnalistlər istintaq idarəsinin qarşısına gözləyirlər.

Xəbər verdiyimiz kimi Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya iyunun 14-də Baş Prokurorluqdan çağırış vərəqələri gəlib. İsa Qəmbər iyulun 16-da İstintaq İdarəsində ifadə verib.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: