Arif Hacılı Müsavat AKM üzvlərinə təşəkkür etdi

Bu gün Avropanın beş müxtəlif şəhərlərində Müsavat AKM-in üzvləri “Siyasi məhbuslarsız Azərbaycan” şüarı ilə silsilə mitinq keçiriblər.

Mitinqlər haqqında video və foto reportaj “Basta” xəbər portalı tərəfindən oxucularımıza təqdim olunmuşdur.

Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində aksiyalarda iştirak etmiş hər kəsə öz təşəkkürünü bildirib:

“Müsavat AKM bu gün Almaniya,Fransa və İsveçin 5 şəhərində Efqan Muxtarli, Gozel Bayramli, Mehman Huseynov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Qiyas, Bayram və digər siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiyalar keçirdi.
Təşkilatçılara və iştirakçılara təşəkkürlər”.

A. İsmayıl, bastainfo.com

%d bloqqer bunu bəyənir: