Bakıda vətəndaşın üzərinə reklam löhvəsi aşdı – VİDEO

Güclü külək Bakıda reklam löhvəsini aşırıb. Nəticədə bir nəfər ağır xəsarət alıb.

Hadisə paytaxtın Nizami rayonu, Dərnəgül yolunda baş verib. 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anası deyir ki, vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarının xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıran və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.

Hacıəmi Atakişiyevin sözlərinə görə, bu cür hadisələr reklam haqqında qanunda nəzərə alınmayıb. Vətəndaş məhkəməyə də müraciət edib, dəymiş ziyanı tələb edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

xezerxeber.az
%d bloqqer bunu bəyənir: