Ermənistan və İran prezidentləri ərəb ölkələrinin boykot etdiyi Qətərə gizli ismarıc göndəriblər

İran prezidenti Həsən Ruhani Qətər əmiri Tamim ben Həmid Əl Taniyə ismarıc göndərib. İranın xarici işlər nazirinin müavini Hüseyn Cəbri Ansari iyunun 18-də Qətərin xarici işlər idarəsinin rəhbəri Məhəməd Əl Tani ilə görüşərək, prezidentinin ismarıcını ona təqdim edib. 

RİA Novosti Qətərin QNA agentliyinə istinadən yazır ki, Ermənistan prezidentdi Serj Sarqsyan da Qətər əmirinə ismarıc məktubu göndərib.

Prezidentlərin göndərdiyi ismarıcların mətni gizli saxlanılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bahreyn və Misir də daxil olmaqla, bir qrup ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsmək barədə qərar qəbul ediblər. Bu qərar Qətərin terrorçuluğu dəstəkləməsi haqda iddialarla əsaslandırılıb.

Bundan sonra Türkiyə və Pakistan Qətərin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə qoşun yeridilməsi haqqında qərar qəbul ediblər. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: