Müsavat siyasi məhbusların müdafiəsi ilə bağlı görülən işləri müzakirə etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat departamentindən “Basta”ya verilən məlumata görə, iclasda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib.

İclasda partiyanın rayon təşkilatlarında ümumi yığıncaq və konfransların gedişi müzakirə edilib. Divan üzvü Razim Əmiraslanlı iyunun 20-də saat 20:00-da partiyanın mərkəzi qərargahında açılacaq iftar süfrəsinə hazırlıq işləri barədə məlumat verib.

Müsavat başqanı Arif Hacılı Böyük Britaniya səfirliyində kraliçanın doğum günü münasibətilə keçirilən qəbul haqqında məlumat verib.

Divan üzvləri Baş Prokurorluğun Əfqan Muxtarlı və Gözəl Bayramlı işi ilə əlaqədar Müsavat Partiyası, Milli Şura təmsilçilərinin və jurnalistlərin istintaqa dəvət olunmasını, siyasi məhbusların müdafiəsi istiqamətində görülən işləri müzakirə ediblər.

Müzakirələrdən sonra Divan Müsavat Məclisinin növbəti toplantısının iyulun 15-də, saat 11:00- da çağırmağı qərara alıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: