Oqtay Gülalıyevi də çağırdılar

“Sabah, 20 iyun saat 10:00-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağrılmışam. Güman ki, bu dəvət Gözəl Bayramlı və Efqan Muxtarli ilə bağlı ifadə etdiyimiz mövqeyə və yazılara görədir”.

Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

“Bu da bir fürsətdir. Gözəl xanım və Əfqan kimi dürüst və mübariz insanların şərlənib həbs olunmasına gedib adı çəkilən idarədə də etiraz edərik, sözümüzü deyərik”, – Oqtay Gülalıyev əlavə edib.

Qeyd edək ki, iyulun 16-da “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa çağırılıb və ona Əfqan Muxtarlı ilə bağlı yazılarına görə xəbərdarlıq edilib.

Həmçinin Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər,  Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli Ağır Cinayətlərə dair işlər İstintaq İdarəsində Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində ifadə veriblər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iyunun 20-də adıçəkilən idarədə ifadə verəcək.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: