Saakaşvili yumurta atəşinə tutuldu – Video

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Krivoy Roq şəhərinin sakinləri ilə görüşü zamanı hücuma məruz qalıb. Naməlum şəxslər onu çiy yumurta atəşinə tutub. Bir nəfər isə keçmiş qubernatorun üzərinə brilyant abısı (zelyonka) atıb. Bu haqda Dnepr 24 portalı məlumat yayıb.

Məlumatda qeyd edlir ki, Saakaşvili çıxışından əvvəl Kiyevdə meydan hərəkatı dövründə qətlə yetirilən mitinq iştirakçılarının abidəsi önünə gül dəstələri qoyubmuş.

O, çıxışında yerli oliqarxları kəskin tənqid edib.

Saakaşviliyə hücum edən şəxslər saxlanılıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: