Türkiyədə “Ədalət yürüşü” davam edir – Video

Türkiyədə ana müxalifət partiyası olan CHP-nin təşəbbüsü ilə başladılan “Ədalət yürüşü” artıq 5-ci gündür ki davam edir. Partiyanın başqanı Kamal Kılıçdaroğlunun başçılığı ilə Ankaradan İstanbuladək piyada yürüş edən müxalifətçilər hər gün 20 kilometr yolu qət edirlər.

“Bizə hücumlar ola bilər. Bizi tənqid edənlər ola bilər. Bizi hirsləndirmək istəyənlər ola bilər. Hamısının canı sağ olsun. Mən inadla qətiyyətlə əzmlə ədalət üçün yürüşü davam etdirəcəm. Biz, ədalət üçün yürüyürük. Bir yerdə İnsan varsa, orada ədalət də olmalıdır. Biz hər kəs üçün – 80 milyon insan üçün yürüyəcəyik” – Kılıçdaroğlu deyib.

 

DHA məlumat verir ki, bu gün yağış altında davam edən aksiya Bulak kəndində sona çatacaq.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: