Gülağa Aslanlı istintaqa ifadə verdi – Yenilənib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu gün Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra “Basta” əməkdaşına açıqlama verib. Gülağa Aslanlı istintaqın süni ajiotaj yaratmaq məqsədi güddüyünü  bildirib.

“Qarışqadan fil düzəltməyə çalışırlar”, – Gülağa Aslanlı deyib.


Bu gün saat 15:00-dan başlayaraq, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verir. O, həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə şahid qismində istintaqa cəlb eilib.

Müsavat başqanı Arif Hacılı,  başqan müavinləri Fərəc Kərimli, Elman Fəttah, Divan üzvü Razim Əmiraslanlı, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, departament rəhbərləri Yusif Tağı və Kərimxan Zeynalov, bir qrup Müsavat fəalı və jurnalistlər istintaq idarəsinin qarşısına gözləyirlər.

Xəbər verdiyimiz kimi, bundan öncə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və hüquq müdafiəçisi Oqtay Gülalıyev İstintaq İdarəsində ifadə veriblər.

Elşən Kərimov

Bastainfo.com

%d bloqqer bunu bəyənir: