Müsavat başqanı Gürcüstanın Respublikaçılar partiyasının rəhbəri ilə görüşüb – Video

Müsavat başqanı Arif Hacılı Gürcüstanın Respublikaçılar Partiyasının rəhbəri ilə görüşüb.

                                   

 

Dünən Müsavat başqanı Arif Hacılı, Müsavat başqanının Xarici Siyasət məsələləri üzrə müavini Səxavət SoltanlıƏfqan Muxtarlının xanımı, müstəqil jurnalist Leyla Mustafayeva Gürcüstanın Respublikaçılar Partiyasının başqanı Xatuna Saminidze ilə görüşüb.

Görüşdə Əfqan Muxtarlının oğurlanması, açılmış saxta cinayət işinin imitasıya xarakteri daşıması və bu cinayət hadisəsinə hüquqi qiymət verilməsinə nail olmaq barədə müzakirələr yer alıb.

Arif Hacılı Əfqan Muxtarlının azad olunmasının hal-hazırda Azərbaycan və Gürcüstan hökumətinin beynəlxalq nüfuzu üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Həmçinin Xatuna Saminidze də, beynəlxalq basqının artırılmasının Əfqan Muxtarlının azadlığa qovuşmasında əhəmiyyətli ola biləcəyini deyib.

Xatırladaq ki, iki gün öncə Müsavat Partiasının başqanı Arif Hacılı və Müsavat başqanın Xarici Siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı  Gürcüstanda ALDE -nin vitse-prezidenti və ALDE prezidentinin siyasi məsələlər üzrə müşaviri, Gürcüstanın Azad Demokratlar partiyasının rəhbərliyi ilə görüşərək Əfqan Muxtarlının həbsinin motivlərini müzakirə ediblər.

ALDE – nin (Avropa Liberal Demokratlar Aliyansı)  vitse-prezidenti Henrik Bach Mortensen Əfqan Muxtarlının oğurlanmasını   müxalifət nümayəndələri ilə müzakirə etmək üçün Gürcüstana  gəldiyini bildirmişdi.

Müsavat başqanının görüşləri Gürcüstanın Rustavi-2, İmedi və 1-ci kanalında yayımlanıb.

 

Könül Alı

Bastainfo.com