Benzin bahalaşdı: A92 – 90 qəpik

Azərbaycanda 92 markalı benzinin qiyməti artırılıb. 

Bu gecə saat 12-dən sonra yanacaqdoldurma məntəqələrində A92 markalı benzinin qiyməti 20 qəpik artırılaraq 90 qəpiyə çatıb.

Bu barədə qərarın ötən gün Tarif Şurası tərəfindən verildiyi bildirilir.

Benzinin bahalaşmasının ölkədə ciddi qiymət artımına səbəb olacağı ehtimal edilir.

Bastainfo.com