Müsavat başqanı Çingiz Əlini təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı MNTK üzvü Çingiz Əlini 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Çingiz bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal nümayəndələrindən, AXC -nin tanınmış üzvlərindən biri olmusunuz.

Siz sonrakı illərdə Müsavat Partiyasının sıralarına qoşularaq ölkədə azad, demokratik cəmiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Binəqədi rayon təşkilatının rəhbərlərindən biri kimi rayon təşkilatının güclənməsində böyük rol oynamısınız. Partiyanın iştirak etdiyi siyasi tədbirlərdə, seçki kampaniyalarında faydalı faaliyyətinizlə fərqlənmisiniz. Partiyanın sonuncu qurultayında Sizə böyük etimad göstərərək MNTK üzvü seçilmisiniz.

Bu gün MNTK üzvü kimi partiyanın qərarlarının icrası, müsavatçılığın təbliği, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsiişinə ciddi töhfələr verirsiniz.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı, eyni zamanda bütün siyasi fəaliyyətiniz dövründə nümayiş etdirdiyiniz cəsarət və amalınıza sədaqətiniz əqidədaşlarınız tərəfindən xüsusi dəyərləndirilir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Siz həm də mehriban, qayğıkeş bir atasınız, övladlarınızla fəxr etdiyiniz kimi, əminəm ki, övladlarınız, Sizi tanıyanlar hər zaman Sizinlə qürur duyacaq.

Hörmətli Çingiz bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız şərəfli mübarizədə uğurlar arzulayıram.”

 

%d bloqqer bunu bəyənir: